Yoxsul tələbələrin nəzərinə - iki gün qaldı

16:34 09.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

 

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.